Bank Of Baku

AXCP sədrinin müavini: “Qurultayı mütləq sentyabr ayında keçirəcəyik”

AXCP sədrinin müavini: “Qurultayı mütləq sentyabr ayında keçirəcəyik”
# 25 avqust 2010 10:43 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin iclası keçirilib. Bu barədə APA-ya AXCP sədrinin müavini Nurəddin Məmmədli məlumat verib. Onun sözlərinə görə, iclasda AXCP-nin seçkilərə hazırlığı müzakirə edilib, seçki ilə bağlı sənədlərin hazırlanması ilə bağlı konkret tapşırıqlar verilib, eyni zamanda seçki ilə bağlı qrup rəhbərlərinin hesabatı dinlənilib, görülən işlər qiymətləndirilib, platforma hazırlanması, seçki texnologiyasının işlənməsi, şüarlar və digər məsələlərlə bağlı ilkin müzakirələr aparılıb, konkret tapşırıqlar verilib. İclasda AXCP-nin Müsavat Partiyası ilə aparılan danışıqların nəticələri haqqında informasiya verilib.

N. Məmmədli AXCP-nin qurultayı noyabrın 7-də keçiriləcək seçkidən sonraya təxirə salmayacaqlarını da vurğulayıb: “Qurultayı mütləq sentyabr ayında keçirəcəyik, buna alternativ yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR