Bank Of Baku

Ali Məhkəmənin sədri dairə seçki komissiyalarının sədrləri üçün keçirilən kursda çıxış edib

Ali Məhkəmənin sədri dairə seçki komissiyalarının sədrləri üçün keçirilən kursda çıxış edib
# 25 avqust 2010 13:47 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Mərkəzi Seçki Komissiyası (MSK) “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” prezident sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursları davam etdirir. APA-nın məlumatına görə, bu gün günün ikinci yarısında Azərbaycan Ali Məhkəməsinin (AAM) inzibati binasında keçirilən kursda Ali Məhkəmənin sədri Ramiz Rzayevin çıxışı olub. O, “Seçki hüquqlarının məhkəmə müdafiəsi” mövzusunda məruzə edib.

Kursda həmçinin Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Şaitdin Əliyev, Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev və başqalarının çıxışları da dinlənilib.

Avqustun 23-də başlanmış kurslar avqustun 26-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR