Bank Of Baku

AMİP və VHP rəhbərliyi Dağlıq Qarabağ münaqişəsində siyasi partiyaların yekdil mövqe nümayiş etdirməsi məsələsini müzakirə ediblər

AMİP və VHP rəhbərliyi Dağlıq Qarabağ münaqişəsində siyasi partiyaların yekdil mövqe nümayiş etdirməsi məsələsini müzakirə ediblər
# 25 avqust 2010 13:55 (UTC +04:00)
Bakı-APA. AMİP sədri Yusif Bağırzadə Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında VHP sədri Sabir Rüstəmxanlı və Siyasi Şura üzvləri ilə görüş keçirib. VHP mətbuat xidmətindən APA_ya verilən məlumata görə, AMİP-in təşəbbüsü ilə baş tutan görüşdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsində siyasi partiyaların yekdil mövqe nümayiş etdirməsi olub. Y. Bağırzadə ölkədəki bütün siyasi partiyalarla görüşlərin nəticəsi olaraq Dağlıq Qarabağ problemi ilə bağlı ümumi mövqeyi ifadə edən bir sənədin imzalanması üçün ardıcıl müzakirələr apardıqlarını dilə gətirib. VHP sədri S.Rüstəmxanlı lokal savaş və ciddi ictimai reaksiya olmadan beynəlxalq güclərin Azərbaycanın haqqını tanımayacaqlarını və ədaləti bərpa etməyəcəklərini önə çəkərək AMİP-in təşəbbüsü dəstəklədiyini və müzakirələri alqışladığını bildirib. Görüşdə ictimai-siyasi vəziyyət, qarşıdan gələn parlament seçkiləri, seçkilərdə VHP-AMİP əməkdaşlığı müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR