Bank Of Baku

Sabir Rüstəmxanlı türkiyəli qonaqlarla görüşüb – FOTO

Sabir Rüstəmxanlı türkiyəli qonaqlarla görüşüb – <font color=red>FOTO </font>
# 26 avqust 2010 13:27 (UTC +04:00)
Bakı – APA. Türkiyənin tanınmış sənətçi və yazarlarından olan Əhməd Şəfəq, Türkiyə Demokrat Partiyasının nümayəndəsi, hüquqşünas Yaşar Ağsu və “Biltürk” qəzetinin baş redaktoru Şərifə Özdəmir Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında Sabir Rüstəmxanlı ilə görüşdülər. VHP Mətbuat və İnformasiya Xidmətindən APA-ya verilən məlumata görə, Ə. Şəfəq “Azərbaycan-Türkiyə” adlı mahnısına klip çəkmək üçün Azərbaycana gəldiyini deyib: “Şərifə Özdəmir və əski arkadaşım Yaşar Ağsu ilə bərabər Azərbaycanı bir neçə gün müddətində gəzib-görmək niyyətindəyik. Yaşar bəy ölkənizə ilk dəfədir ki, səfər edir. O, əslən Qars bölgəsindəndir. Qars bölgəsinin əsasən Azərbaycan kökənli insanların yurdu olduğunu nəzərə alsaq, Yaşar bəyin ölkənizi çox sevməsinin səbəbini anlamaq olar. Ona sevdiyi bu ölkəni tanımaqda və arzusunda olduğu böyük ziyalılarınızı görməkdə yardımçı olmaqdan qürur duyuram. Türk dünyasına baxışda bələdçi saydığım Sabir Rüstəmxanlını ziyarət etməkdə məqsəd də budur”.

Görüşdə Türkiyə-Azərbaycan əlaqələri, Cənubi Azərbaycanda baş verən ictimai-siyasi proseslər, İrandakı soydaşlarımızın öz haqları uğrunda apardıqları mübarizə, həmçinin Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR