Bank Of Baku

Dairə seçki komissiyalarının sədrləri Abşeron rayonunda təcrübə mübadiləsi keçiblər - FOTO

Dairə seçki komissiyalarının sədrləri Abşeron rayonunda təcrübə mübadiləsi keçiblər - <font color=red>FOTO</font>
# 26 avqust 2010 15:07 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Bu gün dairə seçki komissiyalarının sədrləri Abşeron rayonunda təcrübə mübadiləsi keçiblər. APA-nın xəbərinə görə, 45 saylı Abşeron seçki dairəsindəki təcrübə mübadiləsinə həm Bakı şəhərinin rayonlarındakı, həm də digər rayonlardakı seçki komissiyalarının sədrləri qatılıblar. Abşeron rayon 45 saylı dairə seçki komissiyasının sədri Dilşad Abbasova qonaqları qarşılayaraq, onlara işlərində uğurlar arzu edib: “Biz çalışırıq işimizin öhdəsindən uğurla gələk. Çünki insanın əməyinin bəhrəsini görməsi ona zövq verir. Abşeron rayonunda seçkiyə çox fəal şəkildə hazırlıq gedir”. Daha sonra qonaqlar Abşeron rayon 45 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsinə baş çəkərək, oradakı vəziyyətlə maraqlanıb, məntəqədə seçkiyə hazırlıq tədbirləri ilə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR