Bank Of Baku

DSK sədrləri 14 saylı Xəzər II seçki dairəsində təcrübə keçiblər

DSK sədrləri 14 saylı Xəzər II seçki dairəsində təcrübə keçiblər
# 26 avqust 2010 15:47 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların iştirakçıları Bakı və Abşeron rayonlarının 4 seçki dairəsində təcrübə mübadiləsi keçiblər. APA-nın məlumatına görə, 14 saylı Xəzər II seçki dairəsində təcrübə keçən DSK sədrləri əvvəlcə Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi ilə tanış olublar. Sonra onlar görkəmli ictimai xadim Almas İldırımın abidəsini ziyarət ediblər.

14 saylı Xəzər II Seçki Dairəsində keçirilən tədbirdə MSK sədrinin müavini Şaitdin Əliyev çıxış edib. O kursların və təcrübə mübadiləsinin əhəmiyyətindən danışaraq qarşıdan gələn parlament seçkilərinin demokratik, ədalətli və şəffaf keçiriləcəyinə inandığını vurğulayıb. 14 saylı Xəzər II DSK-nın sədri İmran Qəmbərov bildirib ki, seçki dairəsində daimi əsaslarla fəaliyyət göstərən 32 seçki məntəqəsi, 4 müvəqqəti əsaslarla fəaliyyət göstərən seçki məntəqəsi var.

DSK sədrləri seçici siyahılarının dəqiqləşdirilməsi, səsvermə zamanı müşahidəçilərin yerləşdirilməsi və digər məsələlərlə bağlı rəy və təkliflərini bildirmiş, təcrübə mübadiləsi aparıblar.

Sonda iştirakçılar DSK-dakı sənədlər, məlumatlar toplusu, arxivlə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR