Bank Of Baku

Oruc Zalov: “Azərbaycan polisi əvvəlki seçkilərdə də öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib” - FOTOSESSİYA

Oruc Zalov: “Azərbaycan polisi əvvəlki seçkilərdə də öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib” - <font color=red>FOTOSESSİYA</font>
# 27 avqust 2010 09:01 (UTC +04:00)
APA-nın məlumatına görə, kursların beşinci günündə Azərbaycan daxili işlər nazirinin müavini Oruc Zalov “Seçki orqanlarında daxili işlər orqanlarının rolu” mövzusunda məruzə ilə çıxış edib. Onun sözlərinə görə, əvvəlki seçkilərdə Azərbaycan polisi öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib: “Bu il keçiriləcək parlament seçkisi zamanı da Azərbaycan polisi öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcək. Ümid edirəm ki, bu seçki prosesi də uğurla başlayacaq, uğurla yekunlaşacaq”.

O. Zalov bildirib ki, Azərbaycan polisi bir sıra qabaqcıl ölkələr və ATƏT-in Bakı Ofisi ilə əməkdaşlıq edir.

Qeyd edək ki, avqustun 23-də başlanmış kursların sonunda DSK sədrlərinə sertifikatlar təqdim ediləcək. Layihənin növbəti mərhələsi olaraq sentyabrın 1-dən 3-dək dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR