Bank Of Baku

Azərbaycanda keçiriləcək parlament seçkisi ilə bağlı Daxili İşlər Nazirliyində xüsusi tədbirlər planı hazırlanaraq təsdiqlənib

Azərbaycanda keçiriləcək parlament seçkisi ilə bağlı Daxili İşlər Nazirliyində xüsusi tədbirlər planı hazırlanaraq təsdiqlənib
# 27 avqust 2010 09:04 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Avqustun 18-də Azərbaycan Daxili İşlər Nazirliyində bu il noyabrın 7-də keçiriləcək parlament seçkisi ilə bağlı xüsusi tədbirlər planı hazırlanaraq təsdiqlənib.

APA-nın xəbərinə görə, bu barədə daxili işlər nazirinin müavini Oruc Zalov məlumat verib. O bildirib ki, həmin tədbirlər planı yerli polis orqanlarına göndərilib. Tədbirlər planında seçki prosesi zamanı asayişin qorunması, seçkinin gedişinə, seçkinin gedişi zamanı “exit-poll” keçirilməsinə müdaxilənin və digər qanunazidd halların qarşısının alınması yer alıb.

Tədbirlər planının 2-ci bəndində noyabrın 5-dən 9-dək Azərbaycan polisinin gücləndirilmiş iş rejimində çalışması nəzərdə tutulub.

“Ancaq əmin ola bilərsiniz ki, Azərbaycan polisi həmişə gücləndirilmiş rejimdə işləyir”, - deyə O. Zalov bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR