Bank Of Baku

AXCP və Müsavat Partiyası daha bir dairədə vahid namizəd müəyyənləşdirib

AXCP və Müsavat Partiyası daha bir dairədə vahid namizəd müəyyənləşdirib
# 27 avqust 2010 12:28 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. AXCP və Müsavat Partiyası satirik şair Mirzə Sakitin vahid namizəd kimi irəli sürülməsi barədə birgə qərar verib. Bu barədə APA-ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib. Onun sözlərinə görə, M. Sakitin namizədliyinin 46 saylı Şirvan şəhər Seçki Dairəsindən irəli sürülməsi barədə razılığa gəlinib.

A. Hacılı partiyalar arasında danışıqların davam etdirildiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl partiyalar arasında mübahisələrə səbəb olmuş 10 saylı Binəqədi III SD-dən AXCP təmsilçisi İlham Hüseynlinin, 19 saylı Nərimanov I SD-dən AXCP təmsilçisi Gözəl Bayramlının, 32 salı Suraxanı III SD-dən Müsavat Partiyasından İbrahim İbrahimlinin vahid namizəd olaraq irəli sürülməsi barədə qərar qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR