Bank Of Baku

Asim Mollazadə ABŞ səfirliyinin yeni əməkdaşları ilə görüşüb

Asim Mollazadə ABŞ səfirliyinin yeni əməkdaşları ilə görüşüb
# 27 avqust 2010 14:48 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə ABŞ-ın Azərbaycandakı səfirliyinin yeni əməkdaşları – səfirin siyasi məsələlər üzrə müşaviri Bricit Bucet və iqtisadiyyat məsələləri üzrə müşaviri Rayan Kempbl ilə görüşüb. DİP-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-ABŞ münasibətləri, Azərbaycandakı ictimai-siyasi durum, Qarabağ münaqişəsi ətrafında baş verən son proseslər müzakirə olunub.

A. Mollazadə partiyanın qarşıdan gələn parlament seçkilərinə hazırlıqla bağlı gördüyü işlər barədə qonaqları məlumatlandırıb. Eyni zamanda ABŞ-ın Azərbaycanda demokratiyanın inkişafına, Qarabağ münaqişəsinin həllinə verə biləcəyi dəstək barədə fikirlərini bölüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR