Bank Of Baku

ADP televiziyalarda namizədlərə bərabər şərait yaradılmasını istəyir

ADP televiziyalarda namizədlərə bərabər şərait yaradılmasını istəyir
# 30 avqust 2010 12:11 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər müzakirə edilib.

İdarə Heyəti ATƏT-in Bakı ofisinin qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar təşkil etdiyi dəyirmi masada İctimai Televiziyada, regional telekanallarda, xüsusilə də dövlət televiziyasında seçkilərdə iştirak edəcək bütün namizədlərə bərabər əsaslarla şərait yaradılması üçün verilən tövsiyələri məqbul sayıb. Partiya Azərbaycan hökumətini seçkilərin demokratik və şəffaf keçirilməsi üçün siyasi iradə nümayiş etdirməyə çağırıb.

Ermənistan prezidenti Serj Sarksiyanın işğal olunmuş Dağlıq Qarabağa səfəri və bu səfər zamanı danışıqların ruhuna zidd bəyanatla çıxış etməsinə münasibət bildirən İdarə Heyəti üzvləri bu cür bəyanatların ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlara uyğun gəlmədiyini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR