Bank Of Baku

AXCP Müsavat Partiyası ilə mitinq keçirmək üçün danışıqlar aparır

AXCP Müsavat Partiyası ilə mitinq keçirmək üçün danışıqlar aparır
# 31 avqust 2010 08:21 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin iclası keçirilib. AXCP sədrinin müavini Nurəddin Məmmədli APA-ya bildirib ki, iclasda qurultaya hazırlıqla bağlı son məsləhətləşmələr aparılıb, qurultayın qətnamələrinin hazırlanması üçün konkret şəxslərə tapşırıqlar verilib, həmçinin texniki məsələlərin həlli razılaşdırılıb. N. Məmmədli AXCP-nin növbəti qurultayının keçiriləcəyi yerin dəqiqləşmək üzrə olduğunu bildirib: “Qurultayın sentyabrın sonunda Bakının Nizami rayonunda yerləşən “Təbriz” kinoteatrında keçirilməsi gözlənilir”.

Toplantıda parlament seçkisinə hazırlıqla bağlı məsələlər də müzakirə edilib. AXCP sədri Əli Kərimli Müsavat Partiyası ilə aparılan danışıqlar barədə məlumat verib. Həmçinin, seçki hazırlıqları ilə bağlı ayrı-ayrı qrupların rəhbərləri dinlənilib.

Rəyasət Heyətinin iclasında mitinq hazırlıqları ilə bağlı müzakirələr də aparılıb. Qeyd edilib ki, AXCP hazırda Müsavat Partiyası ilə birlikdə mitinq keçirmək üçün danışıqlar aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR