Bank Of Baku

Həvva Məmmədovanın müəllifliyi ilə çəkilmiş və Qarabağın tarixinə həsr olunmuş sənədli filmin təqdimatı keçirilib - FOTOSESSİYA

Həvva Məmmədovanın müəllifliyi ilə çəkilmiş və Qarabağın tarixinə həsr olunmuş sənədli filmin təqdimatı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 31 avqust 2010 10:30 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) millət vəkili Həvva Məmmədovanın müəllifliyi ilə çəkilmiş “Dağlıq Qarabağ: Həqiqətlər, yalanlar...” adlı filmin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, əvvəlcə Qubadlının işğal olunmasının 17-ci ildönümü ilə əlaqədar müharibə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən SAM-ın direktoru Elxan Nuriyev bildirib ki, 35 dəqiqəlik sənədli filmdə ilk dəfə olaraq xarici ekspertlər (ABŞ, Rusiya, Türkiyə, Qazaxıstan) Dağlıq Qarabağ və Azərbaycanla bağlı öz fikirlərini səsləndirib: “Dünya ictimaiyyəti bilməlidir ki, erməni sindromu mövcuddur və ona qarşı ciddi mübarizə aparılmalıdır”.

“Biz Dağlıq Qarabağ və onun ətrafında erməni təcavüzkarları tərəfindən baş vermiş vəhşiliklərin şahidiyik” deyən H. Məmmədova hadisələrin şahidi kimi belə bir filmin ərsiyə gətirmək istəyinin yarandıdığını söyləyib. O, işğal olunmuş hər şəhər və kəndə həsr olunmuş filmin çəkilməsinin vacibliyini vurğulayıb. Millət vəkili filmin ingilis dilinə tərcümə olunduğunu və digər dillərə də tərcümə olunacağını deyib.

Filmin məsləhətçisi, deputat Rəbiyyət Aslanova dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadıqlarını söyləyib: “Onlar Dağlıq Qarabağla bağlı bugünkü status-kvonun dəyişdirilməsində maraqlı deyillər. Dünya sanki kordur, kardır”. R. Aslanovanın fikrincə, 20 əsr insanı 21 əsr insanından daha xoşbəxt idi, çünki 20 əsr insanı münaqişələrin beynəlxalq təşkilatlar tərəfindən həll olunacağına inanırdı.

Millət vəkili Qənirə Paşayeva təklif edib ki, film Azərbaycanın xarici ölkələrdəki səfirlikləri vasitəsilə öncə Azərbaycan diasporuna çatdırılsın: “50 milyon azərbaycanlı bu filmi görməli, onu digər insanlar arasında yaymalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR