Bank Of Baku

SAM parlament seçkilərinə dair analitik arayışlar hazırlayır

SAM parlament seçkilərinə dair analitik arayışlar hazırlayır
# 31 avqust 2010 12:42 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) 2010-cu ilin parlament seçkilərinə dair analitik baxışları əks etdirən təhlili arayışlar hazırlayır. SAM-dan APA-ya verilən məlumata görə, seçkilərin sonuna qədər parlamentdə təmsil olunmaq uğrunda siyasi mübarizənin mərhələlərini təhlil edən 5 bu cür nəşrin çap olunması nəzərdə tutulub.

“Seçki 2010. Parlament seçkilərinin ilkin mərhələsi: kim hazırdır?” adlı 1-ci arayışda siyasi partiyaların, vətəndaş cəmiyyəti qurumlarının, müstəqil namizədlərin, yerli və beynəlxalq müşahidəçilərin Azərbaycanda keçiriləcək parlament seçkisinə hazırlığından bəhs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR