Bank Of Baku

Adil Qeybulla AXCP funksionerini səviyyəsiz “qara piar” aparmaqda günahlandırıb

Adil Qeybulla AXCP funksionerini səviyyəsiz “qara piar” aparmaqda günahlandırıb
# 31 avqust 2010 12:43 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Bizim hədəfimiz Azərbaycanda azad, ədalətli və şəffaf seçkilərin keçirilməsinə nail olmaqdır. Seçkidə öz davranışımızla da ortaya nümunə qoymalıyıq. Ancaq eyni blokdan olan namizədin heç bir əsası olmayan bu cür səviyyəsiz “qara piar”dan istifadə etməsi məni çox təəssüfləndirir. Mən bu cür səviyyəsiz çıxışa reaksiya vermək istəmirəm”. Bunu Müsavat Partiyası Divanının üzvü Adil Qeybulla APA-ya açıqlamasında AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimovun mətbuatda onun barəsində dediklərinə münasibət bildirərkən söyləyib.

A. Qeybulla onu şəxsi işlərdən çox dövlətin və xalqın taleyinin maraqlandırdığını bildirib: “Çox vaxt bunu şəxsi nümunəmdə də sübut etməyə cəhd etmişəm. Seçkiyə qələbə əzmi ilə gedirəm. Mən seçkiyə qanunun verdiyi imkanlar daxilində gedərək öz əxlaqım çərçivəsindən təşviqat kampaniyamı aparacağam. “Qara piar”dan istifadə edərək qələbə çalmağı əxlaqıma ziddi hesab edirəm”.

AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimov isə Adil Qeybullaya qarşı “qara piar”dan istifadə etməsi barədə deyilənlərlə razılaşmır: “Bu, onun şəxsi mövqeyidir. Təkcə onu deyə bilərəm ki, görünən dağa bələdçi lazım deyil...”

Qeyd edək ki, hər iki şəxs 115 saylı Şəki Seçki Dairəsində deputatlığa namizəd olmaq istəyir. Onların təmsil olunduqları AXCP və Müsavat Partiyasının rəhbərliyi həmin dairədən vahid namizəd irəli sürməklə bağlı razılığa gələ bilməyib. S. Kərimov mətbuata açıqlamasında “Adil Qeybulla seçicilərdən çox hakimiyyətdən dəstək qazanmaq istəyir” deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR