Bank Of Baku

İsa Qəmbərlə Əli Kərimli arasında növbəti görüş olub

İsa Qəmbərlə Əli Kərimli arasında növbəti görüş olub
# 31 avqust 2010 13:13 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimli arasında hər iki partiya rəhbərliyinə daxil olan şəxslərin iştirakı ilə növbəti görüş keçirilib. Bu barədə APA-ya görüşdə iştirak etmiş Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.

Görüşün əsas mövzusu seçki dairələri üzrə vahid namizədlərin müəyyənləşdirilməsi olub. Hər iki partiya rəhbərliyi, əsasən mübahisəli sayılan Bakıdakı seçki dairələri, o cümlədən Müsavat Partiyasından olan millət vəkillərinin seçildiyi dairələr üzrə müzakirələr aparılıb. Müzakirələr nəticəsində 66, 83, 84, 87 və 91 saylı seçki dairələrindən vahid namizəd irəli sürməklə bağlı razılıq əldə olunub. Görüş zamanı hər iki partiya tərəfindən müəyyən təkliflər də irəli sürülüb. Hazırda həmin təklifləri dəyərləndirilir.

A. Hacılı görüşdə Müsavat Partiyası və AXCP-nin yaradılacağı seçki blokuna ad verilməsi məsələsinin müzakirə olunmadığını bildirib. Onun sözlərinə görə, adla bağlı müxtəlif dairələrdən ayrı-ayrı təkliflər səsləndirilib. Bunlara “Müsavat”, “Birlik” və “Müsavat-AXCP” adları aiddir. A. Hacılı blokun adının “Azadlıq” ola biləcəyini də istisna etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR