Bank Of Baku

AXCP-nin qurultayının keçiriləcəyi yer müəyyənləşib

AXCP-nin qurultayının keçiriləcəyi yer müəyyənləşib
# 01 sentyabr 2010 08:09 (UTC +04:00)
Bu barədə APA-ya AXCP sədrinin müavini Nurəddin Məmmədli məlumat verib. Onun sözlərinə görə, qurultay Bakının Nizami rayonu ərazisində yerləşən 600 yerlik “Təbriz” kinoteatrında keçiriləcək: “Artıq həmin kinoteatrla qiymət məsələsində razılaşma əldə etmişik. Yalnız müqavilə imzalamaq qalır”.

N. Məmmədli qurultayın böyük ehtimalla sentyabr ayının sonuncu həftəsində keçiriləcəyini deyib.

Qeyd edək ki, AXCP iyulun 22-də AXCP BŞİH-ə müraciət edərək qurultay keçirilməsi üçün yer ayrılmasını xahiş edib. BŞİH-in AXCP-yə göndərdiyi cavab məktubunda zalların BŞİH-in nəzdində olmadığı diqqətə çatdırılıb. Eyni zamanda bildirilib ki, hər hansı konfrans zalı, saray və ya mədəniyyət evinin rəhbərliyi ilə razılaşma əldə etdikdən sonra həmin yerdə AXCP-nin növbəti V (VIII) qurultayının keçirməsinə BŞİH etiraz etmir. Bundan sonra AXCP funksionerləri qurultay keçirmək üçün Nizami rayonu ərazisində yerləşən “Təbriz” kinoteatrını seçib. Nizami rayon İcra Hakimiyyəti razılıq verdikdən sonra kinoteatrla danışıqlara başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR