Bank Of Baku

Bayram Səfərov: “Serj Sərkisyan günahsız azərbaycanlıların, dinc insanların tökülən qanlarına görə cavab verəcək”

Bayram Səfərov: “Serj Sərkisyan günahsız azərbaycanlıların, dinc insanların tökülən qanlarına görə cavab verəcək”
# 01 sentyabr 2010 11:01 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına açıqlamasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov S. Sərkisyanın Xankəndində verdiyi bəyanata münasibət bildirərkən deyib.

B. Səfərov vurğulayıb ki, Azərbaycan torpaqlarının işğal olunmasında Ermənistanın indiki prezidenti S. Sərkisyanın xüsusi rolu var. O, bildirib ki, gec-tez S. Sərkisyan günahsız azərbaycanlıların, dinc insanların tökülən qanlarına görə cavab verəcək.

“Hazırda işğalçı dövlətin başçısının deməyə başqa sözü yoxdur. Onun özü də söylədiyi fikirlərin heç bir əsası olmadığını yaxşı anlayır. Artıq Ermənistan çətin vəziyyətdədir və danışıqlar prosesini uzatmaq üçün bəhanələri qalmayıb. Azərbaycan dövləti haqq-ədalətin bərpa olunmasını istəyir. Bu da ondan ibarətdir ki, ölkəmizin ərazi bütövlüyü bərpa olunsun və insanlar öz doğma yurdlarına qayıtsınlar. Azərbaycan dövləti dünyadan ədalətin bərpa olunmasını gözləyir. Biz heç zaman torpaqlarımızın işğal altında qalması ilə barışmayacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR