Bank Of Baku

Əli Əhmədov YAP-çı gəncləri internetdəki sosial şəbəkələrdə aktiv olmağa çağırıb

Əli Əhmədov YAP-çı gəncləri internetdəki sosial şəbəkələrdə aktiv olmağa çağırıb
# 01 sentyabr 2010 11:28 (UTC +04:00)
APA-nın xəbərinə görə, görüşdə YAP-ın icra katibi Əli Əhmədov, onun müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimli, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev iştirak ediblər.

Əli Əhmədov YAP üzvlərinin sayının 520 mini keçdiyini, onlardan 40%-nin gənclərdən ibarət olduğunu deyib. O, gəncləri 7 noyabrda keçiriləcək parlament seçkilərində səs verməklə yanaşı, partiyanın namizədlərinin təşviqatı işində iştirak etməyə də çağırıb. Ə. Əhmədov YAP-çı gəncləri internetdə sosial şəbəkələrə qatılarkən öz mövqelərini ortaya qoymağı, yalnız oxucu deyil, aktiv iştirakçı olmağı da tövsiyə edib.

Tədbirdə parlament seçkilərində ilk dəfə səs verəcək bəzi YAP-çı gənclərin çıxışları olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR