Bank Of Baku

MSK dairə seçki komissiyalarında seminar-məşğələlərə başlayıb

MSK dairə seçki komissiyalarında seminar-məşğələlərə başlayıb
# 01 sentyabr 2010 12:46 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Mərkəzi Seçki Komissiyası (MSK) prezidentin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında“ sərəncamına müvafiq olaraq regionlarda seçki öncəsi dairə seçki komissiyalarının (DSK) üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün 3 günlük seminar-məşğələlərə başlayıb. APA-nın cənub bürosunun məlumatına görə, 74 saylı Lənkəran kənd seçki dairəsində keçirilən tədris məşğələsində MSK-nın baş məsləhətçisi Arif Quliyev seçkilər zamanı yerli və xarici müşahidəçilərin hüquq və vəzifələrindən ətraflı söz açaraq bu sahədəki yenilikləri şərh edib.

Tədbirdə Lənkəran rayon Məhkəməsinin hakimi Azər Səmədovun “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri”, Lənkəran rayon prokuroru Ramiz Nəbiyevin “Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik sistemi və məsuliyyət növləri” mövzusunda məruzələri dinlənilib.

Sentyabrın 3-dək davam edəcək analoji məşğələlər cənub bölgəsindəki digər dairə seçki komissiyalarında da keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR