Bank Of Baku

Azərbaycan Nazirlər Kabineti miqrasiya ilə bağlı bəzi qərarlarına əlavə və dəyişikliklər edib

Azərbaycan Nazirlər Kabineti miqrasiya ilə bağlı bəzi qərarlarına əlavə və dəyişikliklər edib
# 01 sentyabr 2010 14:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Nazirlər Kabineti miqrasiya ilə bağlı bəzi qərarlarına əlavə və dəyişikliklər edib. Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi «Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısı»na əlavə edilib.

Başqa bir dəyişiklik isə «İmmiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması Qaydaları»nda aparılıb. Dəyişikliyə əsasən Azərbaycanın hüdudlarından kənara çıxarılmış immiqrant statusu olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar Dövlət Miqrasiya Xidməti tərəfindən vahid miqrasiya sisteminə, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən isə müəyyən olunmuş qaydada İAMAS-a (İdarələrarası Avtomatlaşdırılmış Məlumat-Axtarış Sistemi) daxil edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR