Bank Of Baku

AMİP seçki blokuna qoşulmaq üçün digər partiyalarla danışıqlar aparır

AMİP seçki blokuna qoşulmaq üçün digər partiyalarla danışıqlar aparır
# 02 sentyabr 2010 12:32 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) 7 noyabr seçkilərində iştirak formatı qurumun sentyabrın 11-də keçiriləcək Mərkəzi Şuranın iclasında bəlli olacaq. Bu barədə APA-ya AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov məlumat verib. “İndiyədək partiya daxilində müzakirələr gedir ki, AMİP seçkiyə blok şəklində getsin, yoxsa prosesə təkbaşına qatılsın. Daxili müzakirələrlə yanaşı bir sıra blok və partiyalarla əməkdaşlıq istiqamətində danışıqlar aparılır”.

Ə. Orucov AMİP-in bir müddətdir bir sıra partiyalarla Dağlıq Qarabağ mövzusunu müzakirə etmək məqsədilə görüşlər keçirdiyini xatırladaraq qeyd edib ki, həmin görüşlərdə seçki zamanı əməkdaşlıq məsələləri də müzakirə olunub: “Görüşlər zamanı AMİP-in həmin partiyalarla seçkidə birgə iştirak imkanları müzakirə olunub. Hazırda bir neçə variant üzərində işlənilir”.

Qeyd edək ki, partiya sədri Yusif Bağırzadə də daxil olmaqla AMİP rəhbərliyi Demokratiya Uğrunda İttifaq, Vətəndaş Həmrəyliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ümid, Aydınlar, Böyük Quruluş, Ədalət partiyalarındakı həmkarları ilə görüş keçirib. AMİP rəhbərliyi Müsavat Partiyasının rəhbərliyi ilə də görüşmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR