Bank Of Baku

Azərbaycanın iki müxalifət partiyasının yaratdığı seçki blokunun adı açıqlanıb – YENİLƏNİB

Azərbaycanın iki müxalifət partiyasının yaratdığı seçki blokunun adı açıqlanıb – <font color=red>YENİLƏNİB</font>
# 02 sentyabr 2010 13:47 (UTC +04:00)
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev APA-ya bildirib ki, qurum “İnsan naminə” seçki bloku adlanacaq. Blok namizədlərin qeydiyyatına start verilən günə qədər siyahını müəyyənləşdirəcək: “Artıq 75 dairə üzrə razılaşma müəyyənləşib. Bu proses hələ davam etməkdədir”.

Ə. Əliyev Yaşıllar Partiyasının və Azərbaycan Ziyalılar Birliyinin üzvlərinin də blokun fəaliyyətində iştirak edəcəyini qeyd edib: “Yaşıllar Partiyası dövlət qeydiyyatından keçməyib. Bu səbəbdən də blokun rəsmi üzvü kimi qeydiyyata alına bilməyəcək. Lakin həmin partiyanın namizədləri “İnsan naminə” seçki blokundan deputatlığa namizədi kimi seçkidə iştirak edəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR