Bank Of Baku

DUİ-yə daxil olan partiyalardan biri DUİ-Müsavat razılaşmasını tanımadığını bəyan edib

DUİ-yə daxil olan partiyalardan biri DUİ-Müsavat razılaşmasını tanımadığını bəyan edib
# 03 sentyabr 2010 08:49 (UTC +04:00)
Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada MQP rəhbəri sədri partiyasının DUİ-Müsavat Partiyası arasında keçirilən son məsləhətləşmədə iştirak etmədiyindən bu barədə mətbuatdan xəbər tutduqlarını bildirib: “Mətbuatdan bizə məlum oldu ki, Müsavat Partiyası 7 dairədə DUİ namizədlərini, DUİ isə 11 dairədə Müsavat namizədlərini dəstəkləmək barədə yekun sənəd imzalayıb. Təəssüflər olsun ki, burada proporsiya pozulub, Müsavat Partiyasına daha böyük haqlar tanınıb, başçılıq etdiyim Milli Qurtuluş Partiyasının namizədlərinə isə xüsusi və fərqli münasibət göstərilib. Partiyamızın vahid siyahıda təmsil olunmaq istəyində olan 11 namizədindən heç biri Müsavat tərəfindən dəstəklənməyib, üzvü olduğumuz DUİ isə 3 dairədə bizim namizədlərin mövqeləri və partiyamızın maraqları nəzərə alınmamaqla, həmin dairədən Müsavat Partiyasının namizədlərinə dəstək vermək barədə öhdəlik götürüb. Beləliklə, Müsavat Partiyasının təşəbbüsü ilə müxalifətin birliyinə növbəti zərbə vurulub, DUİ isə öz üzvünün-Milli Qurtuluş Partiyasının nəinki maraqlarını qoruya bilib, hətta bu maraqlar 26, 29, 113-cü dairələrdə Müsavat Partiyasına qurban verilib. Bütün qeyd edilən halları müzakirə etmək üçün MQP Siyasi Şurasının iclası keçiriləcək, eyni zamanda biz bunları DUİ-dəki müttəfiqlərimizlə də aydınlaşdıracağıq. Müzakirələrdən öncə isə onu deyə bilərəm ki, DUİ-Müsavat yekun razılaşma sənədinin - bəyanatının MQP-yə heç bir aidiyyəti yoxdur, bu sənədi tanımır və bəyan edirik ki, bizim Müsavat Partiyası qarşısında öhdəliyimiz yoxdur, dairələrin heç birində bu qurumun namizədlərini dəstəkləməyəcəyik. MQP pozulmuş hüquqları uğrunda mübarizə aparmaq iqtidarında olduğunu həm rəqiblərə, həm də müttəfiqlərə nümayiş etdirməkdə qərarlıdır”.

Qeyd edək ki, sentyabrın 1-də Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaq (DUİ) (Klassik Xalq Cəbhəsi Partiyası, Azadlıq Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Xalq Partiyası, Milli Qurtuluş Partiyası) 18 seçki dairəsində razılaşdırma əldə olunması ilə əlaqədar birgə bəyanat yayıb. Sənədi Müsavat Partiyasının başqanı İsa Qəmbər və DUİ tərəfdən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR