Əli Əhmədov: “Deputatlığa namizədlərin siyahısı açıqlanana qədər üzərində iş aparacağıq” - MÜSAHİBƏ
- YAP-ın seçki hazırlıqları ilə bağlı görülən işlər nə yerdədir?
- Hesab edirəm ki, Yeni Azərbaycan Partiyası seçki kampaniyasına tam hazırdır. Seçkilərə bir neçə gündən sonra start veriləcək. Ötən müddətdə görülən işlərin nəticəsi olaraq partiyamız özünü seçkilərə hazır hesab edə bilər. İlk növbədə biz partiyamızın bütün strukturlarında, üzvlərimiz arasında seçki ab-havası yaratmağa nail ola bilmişik. Hər bir seçki kampaniyasının uğurlu keçirilməsi üçün bütövlükdə partiyanın, partiya üzvlərinin arasında yüksək əhval-ruhiyyənin olması çox vacibdir. Yeni Azərbaycan Partiyası öz sıralarında 500 mindən çox Azərbaycan vətəndaşını, seçicini birləşdirir. Belə böyük kütləni hərəkətə gətirmək, bu qədər şəxs arasında seçki əhval-ruhiyyəsi yaratmaq əhəmiyyətli bir hazırlıq işlərinin həyata keçirilməsi nəticəsində mümkün olur. Digər tərəfdən, biz malik olduğumuz böyük resursların seçkiyə hazırlıq səviyyəsinə çatdırılması üzərində işləmişik. Biz həmçinin seçki taktikamızı və bütövlükdə kampaniyamızın strategiyasını müəyyənləşdirmək istiqamətində əhəmiyyətli işlər aparmışıq.
- YAP-ın namizədlər siyahısı hazırdırmı?
- Partiyamız bu istiqamətdə də əhəmiyyətli işlər görüb. Biz bütövlükdə namizədlərin müəyyənləşdirilməsinə konseptual baxımdan yanaşırıq. Əlbəttə, bizim namizəd olmağa layiq çoxlu adamımız var. Ancaq biz onlardan elələrini seçib namizədliklərini irəli sürmək niyyətindəyik ki, həmin namizəd seçicilərin dəstəyini qazana bilsin. Biz həmişə belə etmişik. Güman edirəm ki, seçki kampaniyasına start verildikdən sonra bu istiqamətdəki işlərimizi tamamilə yekunlaşdırıb öz siyahımızı ictimaiyyətə açıqlayacağıq.
- YAP-ın konkret olaraq siyahısı varmı?
- Siyahı elan olunanda bilinəcək ki, orada kimlərin adları var. Bunu ən zəruri vaxtda edəcəyik. Təbii ki, siyahı təqdim olunana qədər bu siyahının üzərində iş aparacağıq. Digər partiyalarda da belədir. Bütün bunlar tamamilə normal haldır.
- Bəzi qəzetlərdə hakimiyyətin olduğu iddia edilən müəyyən siyahılar dərc olunur. Həmçinin yazılır ki, filankəsin bir siyahısı, filan şəxsin başqa bir siyahısı var, mübahisələr gedir. Bunlarla bağlı nə demək istərdiniz?
- Mən sizi əmin edirəm ki, yeganə siyahı olacaq - o da Yeni Azərbaycan Partiyasının siyahısı. Partiyanın, partiyanın sədrinin rəyini ifadə edən bir siyahı olacaq. O ki qaldı mətbuatda, ayrı-ayrı qəzetlərdə müxtəlif siyahıların dərc olunmasına, bunların həqiqətdən uzaq olduğunu qeyd etməklə yanaşı, onu da bildirim ki, həmin siyahılar onları dərc edən qəzetlərin uydurduğu siyahılardır. Belə demək mümkünsə, onların “siyahısı”dır.
- Bir müddət əvvəl belə bir açıqlama verildi ki, YAP budəfəki parlamentdə xanım və gənc təmsilçilərinin sayını artıracaq. YAP üzvləri olan xanımların və gənclərin parlamentdəki sayını həqiqətən artırmağı nəzərdə tutursunuz?
- YAP olaraq biz həmişə gənclərin partiyamızın daxilində, həmçinin partiya vasitəsilə ölkə miqyasında fəallaşmasına çox ciddi önəm veririk. Eyni yanaşmanı qadınlara, xanımlara münasibətdə də edirik. Bu, 2009-cu ildə keçirilmiş bələdiyyə seçkilərində də özünü qabarıq şəkildə göstərdi. YAP-ın təşəbbüsü ilə gənclərin və qadınların bələdiyyə seçkilərinə yaxından qoşulmasına nail ola bildik. Nəticə etibarilə həm gənclər, həm də qadınlar hazırkı bələdiyyələrdə əvvəlkindən qat-qat yüksək səviyyədə təmsil olunublar. Bu, bizim mövqeyimiz, yanaşmamızdır. Bu mövqe parlament seçkilərində də nəzərə alınır. Ancaq təbii ki, parlament və bələdiyyə seçkiləri bir-birindən fərqlidir. Nəzərə alınmalıdır ki, namizədin gənc, yaxud qadın olmasından daha əhəmiyyətlisi onun seçilmə şansıdır. Biz arzu edərdik ki, seçilmə şansı olan namizədlərimizin arasında gənclər və qadınların xüsusi çəkisi artsın. Biz buna çalışırıq. Ancaq buna nə dərəcədə nail olmaq mümkün olacaq, bu, incə bir məsələdir. Bütövlükdə isə belə bir səy, yanaşma var.
- Siz əvvəllər bəyan etmişdiniz ki, YAP üzvlərindən kimsə müstəqil qaydada namizədliyini irəli sürsə cəzalandırılacaq. Yəqin həmin bəyanat indi də qüvvədədir.
- Bəli. Ancaq güman etmirəm ki, partiya üzvlərimiz bu çağırışımızın əleyhinə gedəcəklər. Belə addım atan özünü şüurlu şəkildə partiyadan kənarda qoyacaq.
- AXCP və Müsavat Partiyası birgə seçki bloku yaratmaqdadır. Bu blok YAP-a alternativ ola bilərmi?
- Əlbəttə, mətbuatdan AXCP və Müsavat Partiyası arasında blok yaratmaq istiqamətində diskussiyaların, məsləhətləşmələrin aparılmasından xəbər tutmuşam. Təbii ki, bu, onların seçkiyə hazırlıq istiqamətində atdığı addımlardır. Ancaq qeyd edim ki, Azərbaycanın müxalifət partiyaları arasında YAP-a rəqib ola biləcək nəinki ayrıca bir partiya yoxdur, hətta bu partiyalar birləşsə belə, YAP-a rəqib olmaq potensialına malik deyillər. Bu partiyaların bütün üzvlərini bir yerə yığsan, YAP-ın üzvlərinin çox kiçik bir faizini təşkil edə bilər. Bu, təkcə statistika məsələsi deyil. Həm də çox ciddi siyasi məsələdir, çox ciddi vətəndaş mövqeyinin ifadə olunmasıdır. Əgər YAP-ın sırasında 500 mindən yuxarı insan varsa, bu, 500 mindən yuxarı seçici deməkdir. Təbii ki, bu insanlar gəlib səs verəndə ən azından 500 min səs Yeni Azərbaycan Partiyasının xeyrinə verilmiş olacaq. Digər tərəfdən, YAP-ın hər bir üzvü cəmiyyətdə hörmətli, sözü keçən, sözü digərləri tərəfindən eşidilən insanlardır. Onların böyük hissəsi ailə başçılarıdır. Əgər partiya üzvlərinin hər biri seçki kampaniyası vaxtı ailə üzvləri, dostları, tanışları, qonşularından ən azı iki nəfəri YAP-ın namizədinin ən layiqli olduğuna inandıra bilsə, beləliklə də onları təşviq etsə, bu, 1,5 milyon səs deməkdir. 1,5 milyon səs isə Azərbaycanın seçki mühitində istənilən parlament seçkiləri kampaniyasını uğurla başa çatdırmaq üçün yetərlidir. Bu mənada, ölkədə seçki kampaniyasının uğurla aparılması nöqteyi-nəzərindən YAP-la rəqabət apara biləcək siyasi partiya mövcud deyil.
Bütün bunlarla yanaşı, Azərbaycan prezidentinin ölkədə həyata keçirdiyi siyasət, onun uğurları, bu siyasətin Azərbaycanın inkişafı üçün çox ciddi təməl yaratması, ölkənin iqtisadiyyatının, sosial həyatının əhəmiyyətli dərəcədə dəyişməsi, simasının yenilənməsi, müasirləşməsi prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, bugünkü iqtidarın insanlar tərəfindən dəstəklənməsi deməkdir. Təbii ki, İlham Əliyevin Yeni Azərbaycan Partiyasının sədri olması, ona olan ictimai dəstək parlament seçkiləri zamanı onun rəhbərlik etdiyi partiyaya verilən səslərdə ifadəsini tapacaq. Beləliklə, bütün bunlar YAP-ın resursları hesab edilir ki, bunlarla müqayisədə opponentlərimizin resursları həddən artıq zəif görünür.
Bu və ya digər partiya bloklarının yaranması qarşıdan gələn parlament seçkilərində YAP-ın uğur qazanmasına hər hansı bir təhlükə yaratmaq imkanına malik deyil.
- Bir neçə gün öncə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan mətbuatında “qara piar” sayıla biləcək yazıların sayı artıb. Bu məsələyə münasibətiniz necədir?
- Mən ümumiyyətlə, nəinki seçki kampaniyasının gedişində, bütün vaxtlarda ayrı-ayrı insanların ləyaqətinə toxunan yazıların çap olunmasının əleyhinəyəm. Xüsusilə də seçki kampaniyası dövründə belə üsullardan istifadə edilməsini buna əl atanların zəifliyi sayıram. Biz özümüzü zəif hesab etmirik. Bu mənada Yeni Azərbaycan Partiyası olaraq bizim hansısa “qara piar” elementlərindən istifadə etməyə ehtiyacımız yoxdur. Ancaq təəssüf hissi ilə bildirim ki, YAP-a, YAP tərəfindən əvvəllər namizədliyi irəli sürülmüş, yəqin ki, bu il keçiriləcək seçkidə də namizədliyi irəli sürüləcək namizədlərə qarşı “qara piar” kampaniyasından istifadə ediblər. Bunu da bizim opponentlərimiz edib. Bununla da onlar dolayısı yolla özlərinin zəifliyini etiraf etmiş olublar.
Digər tərəfdən, hesab edirəm ki, Mətbuat Şurası “qara piar” kampaniyasının əleyhinə “dişsiz” bəyanatlar vermək əvəzinə, bunun qarşısını almaq üçün təsirli addımlar atmaq barədə düşünməlidir. Şura bu mexanizmləri işləyib hazırlaya bilər. Ancaq istənilən halda “qara piar”a qarşıyam.
Daxili siyasət
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Milli Məclisin iclası başlayıb
Dekabrda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
Xəbər Lenti
Polşa Baş Prokurorluğu: Kaçinskinin də həlak olduğu Smolensk təyyarə qəzası ilə bağlı araşdırma başa çatdırılır
Azərbaycan nefti 101.4 dollara ticarət olunur
Melaniya Tramp Rusiya və Ukrayna ilə bağlı humanitar fəaliyyətini davam etdirdiyini bildirib
Almaniyada dron aşkarlanması hava limanında uçuşların dayandırılmasına səbəb olub
Səudiyyə Ərəbistanı husilərin raketini havada məhv edib
Vaşinqton hava limanında iki sərnişin təyyarəsinin qanadları bir-birinə toxunub
CENTCOM Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edildiyini açıqlayıb
Tramp 2028-ci il seçkilərində varisini mümkün qədər gec açıqlamaq niyyətindədir
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
SEPAH Hörmüz boğazında iki gəminin minaya düşməsi ilə bağlı məlumat yayıb
Zelenski Ukraynanın Liviyadakı əməliyyatının tərəfdaşlarla razılaşdırılmadığını etiraf edib
Suriyada hökumət qüvvələrinin mövqelərinə hücum edilib
Hakan Fidan: Məkkə İttifaqının əsas məqsədi sülhə və sabitliyə töhfə verməkdir
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə regionda gərginliyin azaldılmasına çağırıb
Almaniya Ukraynaya dəstək üçün 11,6 milyard avro ayıracaq
Ukrayna Qara dənizdə atəşkəs təklif edib, Rusiyadan cavab gözləyir
Ukrayna və Estoniya Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığı gücləndirmək niyyətini bəyan edib
ABŞ Oman körfəzində İran limanından çıxan yük gəmisini vurub
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - YENİLƏNİB
Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib
Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub
Abşeronda narkotiklə əlaqəli 8 nəfər saxlanılıb
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olunub - FOTO
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayıb
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək - VİDEO
Azərbaycanla BMT arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlıq müzakirə edilib
Ekspert: İmtahan sualları ilə məktəb proqramı arasında tarazlıq yaradılmalıdır
Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülhü institusionallaşdırmaq zərurətini qəbul edib
Yaqub Eyyubov Moskvada MDB İqtisadi Şurasının iclasında iştirak edib - FOTO
Gələn həftə Moskvada MDB hökumət başçılarının iclası keçiriləcək
Oman sahillərində neft tankeri minaya düşüb
“Gənc Hüquq Maarifçiləri” layihəsi yekunlaşıb
Baş katib Lebedev: Azərbaycan gələn il MDB-nin həmsədri, 2028-ci ildə isə sədri olacaq
Azərbaycan-Ermənistan “Sülh körpüsü” dialoqunun beşinci görüşü başa çatıb
Qızıldaşda külək elektrik stansiyasının tikintisi üçün torpaq sahəsi ayrılıb
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Lənkəranda avtomobil azyaşlını vuraraq öldürüb, hadisə yerindən qaçan sürücü tutulub - FOTO
Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib
Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərədə 15 yeni bağça istifadəyə verilib - FOTO
Moskvadan gələn sərnişinin baqajında bəyan edilməyən dərman vasitələri aşkarlanıb
Balakənin keçmiş icra başçısı İslam Rzayev və YAP rayon təşkilatının sabiq sədrinin məhkəməsi başlayıb
Avropa Komissiyası: Orta Dəhlizin potensialından səmərəli istifadə üçün əməkdaşlığın genişləndirilməsi vacibdir
Unibank məktəblilər üçün növbəti maliyyə savadlılığı təlimi keçirib