Bank Of Baku

Müsavat Məclisinin iclasında gərginlik yaranıb, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbasın partiyadan xaric olunması məsələsi gündəliyə daxil edilib

Müsavat Məclisinin iclasında gərginlik yaranıb, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbasın partiyadan xaric olunması məsələsi gündəliyə daxil edilib
# 04 sentyabr 2010 11:36 (UTC +04:00)
İclasın əvvəlində Məclis üzvü Hüseyn Məlikov çıxış edərək, 22 nəfərin imzaladığı müraciəti oxuyub. Müraciətdə Məclis üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbasın bəzi hərəkətlərini Müsavat ideyalarına xəyanət kimi qiymətləndirib, onun Müsavat Partiyasından xaric olunmasını və 81 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizədliyinin dəstəklənməməsini tələb ediblər.

Bundan sonra məsələnin gündəliyə daxil edilib-edilməməsi ətrafında mübahisələr başlayıb. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Məclis üzvü Mustafa Hacıbəyli və başqaları müraciətin gündəliyə daxil olunmasında israr ediblər. Təklif səsə qoyularaq qəbul edilib.

Hazırda Müsavat Məclisinin iclası davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR