Bank Of Baku

Arif Hacılı: “AXCP ilə blok yaratmaq mümkün olmasa, Müsavat seçkilərə bu gün təsdiq olunmuş siyahı ilə gedəcək”

Arif Hacılı: “AXCP ilə blok yaratmaq mümkün olmasa, Müsavat seçkilərə bu gün təsdiq olunmuş siyahı ilə gedəcək”
# 04 sentyabr 2010 12:10 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Müsavat Məclisinin bugünkü iclasında partiyanın deputatlığa namizədlərinin siyahısı müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, müzakirələrdə çıxış edən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib ki, AXCP ilə blok yaratmaqdan ötrü Müsavat bir sıra dairələrdə namizədlərini güzəştə gedə bilər: “Amma müsavatçı deputatların və rəhbərliyə daxil olan şəxslərin dairəsində heç bir güzəşt ola bilməz”.

Bununla belə, A.Hacılı nəyin bahasına olursa-olsun, blok yaratmaq fikrində olmadıqlarını da qeyd edib: “Əgər AXCP ilə blok yaratmaq mümkün olmasa, Müsavat bu gün Məclisdə təsdiq olunacaq siyahı ilə seçkiyə gedəcək”.

Müzakirələrdən sonra Müsavat Partiyasının deputatlığa namizədlər siyahısı təsdiqlənib. Siyahıda 100-dən artıq namizədin adı var. Bundan başqa, əldə olunan razılığa əsasən Müsavat 7 dairədə Demokratiya Uğrunda İttifaqın namizədlərini müdafiə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR