Bank Of Baku

ADP Ali Məclisinin növbəti sessiyası keçirilib

ADP Ali Məclisinin növbəti sessiyası keçirilib
# 04 sentyabr 2010 15:50 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) Ali Məclisinin növbəti sessiyası keçirilib.

ADP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sessiyanın gündəliyinə Demokrat, Ümid və Aydınlar partiyaları arasında “Milli Məclisə seçkilərdə siyasi partiyalar blokunun yaradılması haqqında” imzalanan sazişin təsdiq edilməsi və digər məsələlər daxil edilib.

Yığıncaqda çıxış edən ADP sədrinin müavini Taliyət Əliyev gündəlikdə duran məsələlərlə bağlı qərar layihələrini Ali Məclis üzvlərinin diqqətinə çatdırıb. Ali Məclis qeyd olunan məsələlərlə bağlı qərar qəbul edib. Təklif olunub ki, parlament seçkiləri ilə bağlı operativ qərarlar qəbul etmək zərurətini nəzərə alaraq ADP Ali Məclisinin səlahiyyəti Ali Məclisin Rəyasət Heyətinə verilsin. Təklif səsə qoyulub və bu barədə qərar qəbul edilib.

Təşkilati məsələlərin müzakirəsi zamanı Cəmil Hacıyev isə ADP sədrinin gənclərlə iş üzrə müavini vəzifəsinə təsdiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR