Bank Of Baku

VİP Məclisinin iclası keçirilib – FOTO

VİP Məclisinin iclası keçirilib – <font color=red>FOTO</font>
# 06 sentyabr 2010 10:04 (UTC +04:00)
Bakı – APA. Sentyabrın 5-də Vətəndaş və İnkişaf Partiyası (VİP) Məclisinin iclası keçirilib. VİP-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında keçirilən iclasda təşkilati, cari və noyabrın 7-nə təyin edilmiş seçkilərdə partiyanın iştirakı məsələləri müzakirə olunub.

İclasda çıxış edən VİP sədri Əli Əliyev ölkədə və müxalifət daxilində cərəyan edən prosesləri geniş təhlil edib. O, “Azadlıq” siyasi blokunun fəaliyyətinə xitam verildikdən sonra Liberal Partiyası ilə münasibətlərin daha da inkişaf etdiyini deyib. Ə. Əliyev VİP-lə ALP-nin parlament seçkilərinə blok halında qatılmaq haqda razılığa gəldiklərini və artıq müvafiq sazişin imzalandığını diqqətə çatdırıb.

Məclis seçkilərlə bağlı zəruri qərarların operativ qəbulu üçün Siyasi Şuraya tam səlahiyyət verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR