Bank Of Baku

ALP ilə VİP “İnsan naminə” seçki blokunun yaradılması haqqında saziş imzalayıblar

ALP ilə VİP “İnsan naminə” seçki blokunun yaradılması haqqında saziş imzalayıblar
# 06 sentyabr 2010 10:26 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Liberal Partiyası (ALP) ilə Vətəndaş və İnkişaf Partiyası (VİP) parlament seçkilərində birgə iştirak niyyətlərini rəsmiləşdiriblər. VİP-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 5-də VİP sədri Əli Əliyev və ALP-nin sədr əvəzi Əvəz Hümbətov (Temirxan) ALP və VİP siyasi partiyalar blokunun yaradılması haqqında saziş imzalayIblar. Səkkiz bənddən ibarət sənəddə blokun rəhbər orqanının strukturu və sazişi imzalayan tərəflərin üzərlərinə götürdükləri öhdəliklər öz əksini tapıb. Seçki blokunun “İnsan naminə” adlandırılması qərar alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR