Bank Of Baku

MSK Azərbaycan Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə Təqvim Planını təsdiqləyib

MSK Azərbaycan Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə Təqvim Planını təsdiqləyib
# 06 sentyabr 2010 13:58 (UTC +04:00)
APA-nın məlumatına görə, iclasda çıxış edən MSK sədri Məzahir Pənahov Azərbaycan prezidenti İlham Əliyevin dördüncü çağırış Azərbaycan Milli Məclisinə seçkilərin bu ilin noyabrın 7-də keçirilməsinə dair sərəncam imzaladığını xatırladıb. O bununla əlaqədar MSK üzvləri tərəfindən “Dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nın hazırladığını bildirib.

İclasda 61 bənddən ibarət Təqvim Planı təsdiqlənib. Təqvim Planına əsasən, namizədlərin təşviqatı oktyabrın 15-dən başlayacaq və noyabrın 6-sı saat 8.00-dək davam edəcək.

M. Pənahov bildirib ki, seçici siyahıları artıq seçki məntəqələrində asılıb. O, əhaliyə öz adlarını həmin siyahıda axtarmağı məsləhət görüb. Siyahılarda adlarını tapmayanlar isə MSK-ya müraciət edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR