Bank Of Baku

Milli Məclisin sədr müavini Bahar Muradova Füzulidə olub

Milli Məclisin sədr müavini Bahar Muradova Füzulidə olub
# 06 sentyabr 2010 14:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisinin sədr müavini Bahar Muradova Füzuli rayonunda səfərdə olub. Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində B. Muradova rayon İcra Hakimiyyətinin başçısı Nəbi Muxtarov və aidiyyəti qurumların rəhbərləri ilə birlikdə cəbhə xəttində dislokasiya olunmuş hərbi hissəyə baş çəkərək şəxsi heyətlə görüşüb.

Görüşdə şəxsi heyətin nəzərinə çatdırılıb ki, qələbənin əldə olunması yalnız büdcə və texniki imkanların artırılması ilə deyil, həm də Azərbaycan zabitinin və əsgərinin psixoloji durumundan, ruh yüksəkliyindən, eyni zamanda ordu-xalq münasibətlərindən asılıdır. B. Muradova görüşün sonunda hərbi hissəyə 3 ədəd generator hədiyyə edib.

Səfər çərçivəsində Ramazan ayı ilə əlaqədar rayon rəhbərliyinin, ictimaiyyətin, dindarların, əlil və şəhid ailələri üzvlərinin iştirakı ilə millət vəkilinin adından 220 nəfərlik iftar süfrəsi açılıb.

Milli Məclisin sədr müavini dövlət başçısının xüsusi göstərişi əsasında rayon ərazisində inşa olunan və yaxın zamanlarda istifadəyə veriləcək obyektlərin - Horadiz şəhərində Muğam Mərkəzinin, Olimpiya Mərkəzinin, Böyük Bəhmənli kəndində Diaqnostika Mərkəzinin tikintisi ilə də maraqlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR