Bank Of Baku

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib
# 06 sentyabr 2010 15:31 (UTC +04:00)
Bakı. Pərvin Abasov – APA. Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər barədə fikir mübadiləsi aparılıb.

Yığıncağın əvvəlində partiyanın başqanı İsa Qəmbər Avropa Birliyinin Cənubi Qafqaz üzrə nümayəndəsi Piter Semnebi ilə görüşü haqqında məlumat verib.

Partiyadaxili məsələ bölümündə Məclisin şənbə günü keçirilmiş yığıncağı haqqında fikir mübadiləsi aparılıb və qəbul edilmiş qərarların icrası yönündə təkliflər qəbul edilib.

Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə Rusiya prezidenti Dmitri Medvedyevin İrəvana və Bakıya səfərlərindən sonra regionda yaranmış situasiya haqqında müzakirələr davam etdirilib və Qarabağ münaqişəsinin həlli kontekstində prosesləri diqqətdə saxlamaq zərurəti bir daha vurğulanıb.

Sonda cari məsələlərə baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR