Bank Of Baku

AXCP-nin qurultayının vaxtı müəyyənləşib

AXCP-nin qurultayının vaxtı müəyyənləşib
# 06 sentyabr 2010 15:43 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin iclası keçirilib. Bu barədə APA-ya AXCP sədrinin müavini Nurəddin Məmmədli məlumat verib.

İclasda qurultaya hazırlıq məsələləri müzakirə olunub. Partiyanın V (VIII) qurultayının sentyabrın 25-də “Təbriz” kinoteatrında keçirilməsi qərara alınıb. N. Məmmədli qurultayın qətnamələrinin hazır olduğunu da bildirib.

İclasda AXCP-nin Müsavat Partiyası ilə seçki bloku ilə yaratmaq istiqamətində apardığı danışıqlar da müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR