Bank Of Baku

Piter Semnebi YAP və Müsavat Partiyasının rəhbərləri ilə görüşüb

Piter Semnebi YAP və Müsavat Partiyasının rəhbərləri ilə görüşüb
# 06 sentyabr 2010 15:48 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın YAP-ın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, görüşdə bu ilin noyabrın 7-də keçiriləcək parlament seçkilərinə hazırlıq və seçkiqabağı ictimai-siyasi vəziyyət barədə ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Müsavat Partiyasının başqanı İsa Qəmbərlə bu gün keçirdiyi görüşdə də parlament seçkilərinə hazırlıq və seçkiqabağı ictimai-siyasi vəziyyət müzakirə mövzusu olub.

P. Semnebi sabah da görüşlərini davam etdirəcək. Onun Ümid Partiyasının sədri İqbal Ağazadə və AXCP sədri Əli Kərimli ilə görüşləri də nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR