Bank Of Baku

AXCP deputatlığa namizədlərinin 100 nəfərlik siyahısını müəyyən edib

AXCP deputatlığa namizədlərinin 100 nəfərlik siyahısını müəyyən edib
# 07 sentyabr 2010 08:55 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin növbəti sessiyası sentyabrın 8-də Müsavat Partiyasının qərargahında keçiriləcək. Bu barədə APA-ya AXCP sədrinin müavini Nurəddin Məmmədli məlumat verib. Onun sözlərinə görə, toplantıda Müsavat Partiyası ilə birgə seçki blokunun yaradılması, AXCP-nin parlament seçkilərində namizədlər siyahısının təsdiq edilməsi və digər məsələlər müzakirə olunacaq.

N. Məmmədli AXCP-nin namizədlər siyahısında 100 nəfərə yaxın şəxsin adının olduğunu bildirib. Onun sözlərinə görə, sessiya AXCP-nin Müsavat Partiyası ilə seçki bloku yaradıb-yaratmaması barədə qərar verəcək. Blok yaradılmasa, AXCP seçkiyə məhz sessiyada təsdiqlənmiş 100 nəfərin adının yer aldığı siyahı ilə gedəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR