Bank Of Baku

ASDP seçkilərdə dörd namizədlə iştirak edəcək

ASDP seçkilərdə dörd namizədlə iştirak edəcək
# 07 sentyabr 2010 10:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Azərbaycan Sosial Demokrat Partiyası parlament seçkisində partiya formatında dörd namizədlə iştirak edəcək. Partiyanın digər həmsədri Ayaz Mütəllibov isə seçkiyə qatılmayacaq”. Bu açıqlamanı APA-ya ASDP-nin həmsədri Araz Əlizadə verib. O, seçkidə iştirak edəcək partiya üzvlərinin siyahısını da açıqlayıb: “Partiyanın həmsədri Araz Əlizadə 17 saylı III Yasamal seçki dairəsindən, sədrin insan haqları üzrə müavini Saləddin Allahverdiyev 73 saylı Lənkəran şəhər seçki dairəsindən, partiya sədrinin təşkilatı məsələlər üzrə müavini Təhməz Məmmədov isə 18 saylı Nərimanov-Nizami seçki dairələrindən namizədliklərini irəli sürüblər. Bir nəfər isə hələ seçkidə iştirak edib-etməməsi ilə bağlı mövqeyini dəqiqləşdirmədiyindən adını açıqlamağı məqsədəuyğun hesab etmirik”.

O bildirib ki, seçkidə az sayda namizədlə iştirak etmələrinin səbəbi maliyyə problemi ilə əlaqədardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR