Bank Of Baku

Müsavat və AXCP sədrlərinin görüşündə bəzi razılaşmalar əldə olunub

Müsavat və AXCP sədrlərinin görüşündə bəzi razılaşmalar əldə olunub
# 07 sentyabr 2010 12:29 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli arasında növbəti görüş keçirilib. 4 saat çəkən görüşdən sonra AXCP sədri Əli Kərimli APA-ya açıqlamasında bildirib ki, görüşdə bir sıra mühüm razılaşmalar əldə olunub. Onun sözlərinə görə, bura həm Müsavatdan olan millət vəkillərinin namizədliklərini irəli sürdükləri dairələrlə bağlı, həm də AXCP-nin önəmli funksionerləri ilə bağlı razılaşmalar daxildir.

Ə. Kərimli AXCP və Müsavatın 90-dan artıq dairə üzrə vahid namizədlərlə bağlı razılıq əldə etdiyini açıqlayıb: “Ancaq bu qərarlar həm AXCP Ali Məclisində, həm də Müsavat Divanında təsdiqlənməlidir. Yalnız bundan sonra bu haqda ətraflı məlumat veriləcək”.

Ə. Kərimli sabah AXCP Ali Məclisinin və Müsavat Divanının iclaslarının keçiriləcəyini qeyd edib: “Bundan sonra seçki bloku elan oluna bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR