Bank Of Baku

AMİP rəhbərliyi Samir Turan və Fərəc Ulusoyla görüşüb

AMİP rəhbərliyi Samir Turan və Fərəc Ulusoyla görüşüb
# 07 sentyabr 2010 14:48 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün AMİP-in qərargahında partiyanın sədri Yusif Bağırzadə ilə Milli Hərəkat Partiyasının sədri Samir Turan arasında görüş keçirilib.

AMİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün AMİP-in baş katibi Arzuxan Əlizadə və Mərkəzi Şuranın sədri Adnan Novruzov Milli Dirçəliş Hərəkatının sədri Fərəc Ulusoyla görüşüblər. Hər iki görüşdə AMİP-in Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəli sürdüyü təkliflər və seçki məsələləri müzakirə edilib.

Tərəflər Dağlıq Qarabağ problemi və seçkilərlə bağlı birgə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər. Eyni zamanda hər üç qurum arasında əlaqələrin daha da genişləndirilməsi barədə razılığa gəlinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR