Bank Of Baku

Azərbaycan prezidenti yəhudi icmasını təbrik edib

Azərbaycan prezidenti  yəhudi icmasını təbrik edib
# 07 sentyabr 2010 18:09 (UTC +04:00)
APA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə, təbrikdə deyilir: “Tarixən Azərbaycanda məskunlaşıb yaşayan yəhudi icması bu gün çoxmillətli cəmiyyətimizin ayrılmaz hissəsinə çevrilmişdir. Əlamətdar haldır ki, yəhudi vətəndaşlarımız ölkə həyatının bütün sahələrində yaxından iştirak edir, müstəqil dövlətimizin daha da möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fəal vətəndaşlıq mövqeyi nümayiş etdirirlər. Əziz dostlar! Hər il Azərbaycanda təntənə ilə qeyd edilən Roş-Ha-Şana yenilik, mənəvi saflıq, xoş müjdələr və həmrəylik bayramıdır. Bu əziz gün münasibətilə bir daha Sizi təbrik edir, hər birinizə xoşbəxtlik, ailələrinizə əmin-amanlıq arzulayıram.
Bayramınız mübarək olsun”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR