Bank Of Baku

ASDP seçkilərdə iştirak edəcək namizədlərin adlarını açıqlayıb

ASDP seçkilərdə iştirak edəcək namizədlərin adlarını açıqlayıb
# 08 sentyabr 2010 08:00 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) Mərkəzi Komitəsinin Plenumu keçirilib. ASDP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, plenumda ASDP-nin 2010-cu il noyabrın 7-də Milli Məclisə seçkilərdə iştirak etməsi barədə qərar qəbul edilib.

Plenumda ASDP-nin parlament seçkilərində iştirak edəcək 4 namizədin siyahısı təsdiq olunub. Plenum partiyanın həmsədri Araz Əlizadənin 17 saylı III Yasamal seçki dairəsindən, sədrin insan haqları üzrə müavini Saləddin Allahverdiyevin 73 saylı Lənkəran şəhər seçki dairəsindən, partiya sədrinin təşkilatı məsələlər üzrə müavini Təhməz Məmmədovun 18 saylı Nərimanov-Nizami seçki dairələrindən, “Qaya” Mətbuat Yayımının rəhbəri Xanhüseyn Əliyevin 58 saylı Hacıqabul – Kürdəmir seçki dairəsindən namizədliklərini irəli sürülm’si barədə qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR