Bank Of Baku

Azərbaycan İslam Partiyasının lideri seçkiyə qatılmayacaq

Azərbaycan İslam Partiyasının lideri seçkiyə qatılmayacaq
# 08 sentyabr 2010 10:16 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan İslam Partiyası (AİP) Baş Məclisinin parlament seçkilərinə qatılması yönündə qərarı hələ həyata keçirilməyib. Bunu APA-ya açıqlamasında AİP mətbuat xidmətinin rəhbəri Akif Heydərli deyib. O bildirib ki, partiyanın dövlət qeydiyyatı olmadığından İslam Partiyasının namizədləri seçkidə fərdi şəkildə iştirak edəcək.

A. Heydərli partiyanın sədri Hacı Mövsüm Səmədovun namizədliyini irəli sürməyəcəyini açıqlayıb: “İsrailin Azərbaycandakı səfirliyinin binası qarşısında keçirilən aksiyada iştirak edən Hacı Mövsüm Səmədov məhkəmənin qərarı ilə 8 gün müddətinə azadlıqdan məhrum edilib. Sentyabrın 11-də partiya sədri azadlığa çıxacaq. Bundan sonra fərdi şəkildə seçkidə iştirak edəcək partiya üzvləri və təəssübkeşlərinin kimliyi müəyyənləşdiriləcək və bu məsələ ilə bağlı müzakirələr davam etdiriləcək”.

A. Heydərli həmçinin qeyd edib ki, AİP hər hansı seçki blokunda təmsil olunmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR