Bank Of Baku

AXCP Ali Məclisinin sessiyası başlayıb

AXCP Ali Məclisinin sessiyası başlayıb
# 08 sentyabr 2010 10:24 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Müsavat Partiyasının qərargahında AXCP Ali Məclisinin (AM) sessiyası başlayıb. APA-nın xəbərinə görə, iclası AM sədri Həsən Kərimov açaraq qurultaya hazırlıq üzrə rayon təşkilatlarında konfranslar keçirildiyini, Ali Məclisə yeni üzvlər seçildiyini deyib. Həmin üzvlər AM toplantısında səsə qoyularaq təsdiqləniblər.

Partiyanın sədri Əli Kərimli isə çıxışında Müsavatla AXCP-nin 90 dairədə vahid namizəd irəli sürmək barədə razılığa gəldiyini bildirib: “Bu razılaşma qarşılıqlı güzəşt əsasında olub”.

Ə. Kərimli deyib ki, bu, ilkin razılaşmadır: “Seçki bloku elan olunsa da, iki partiya arasında danışıqlar davam edəcək. Müsavatla razılaşma təkcə seçkiyə hesablanmayıb. Seçkidən sonra iki partiyanın birləşərək super partiya yaratmaq ideyası var. Bizim müəyyən məhdudiyyətlərimiz var. Bu, həm insani, həm müasir texniki, həm də qısa təşviqat müddəti ilə bağlıdır. Biz seçkiləri udmaq niyyətindəyik. Qələbəni əldə edib, onu rəsmiləşdirmək də zəruridir”.

İclas davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR