Bank Of Baku

Əli Əhmədov Çin səfiri ilə görüşüb

Əli Əhmədov Çin səfiri ilə görüşüb
# 08 sentyabr 2010 10:30 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov Çinin Azərbaycandakı səfiri Çjan Yannyanı qəbul edib. APA-nın YAP-ın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, görüşdə Çinlə Azərbaycan arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, eləcə də Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyi qeyd edilib.

Görüşdə həmçinin qarşıdan gələn parlament seçkiləri və ona hazırlıq prosesi haqqında danışılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR