Bank Of Baku

DUİ-də təmsil olunan partiyalar parlament seçkilərinə Klassik Xalq Cəbhəsi Partiyasının siyahısından qatılacaq

DUİ-də təmsil olunan partiyalar parlament seçkilərinə Klassik Xalq Cəbhəsi Partiyasının siyahısından qatılacaq
# 08 sentyabr 2010 11:24 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan siyasi təşkilatların təmsilçiləri parlament seçkilərinə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) siyahısından qatılacaqlar.

KXCP mətbuat xidmətinin rəhbəri Xəzər Teyyublu APA-ya bildirib ki, sənədləşmədə və digər texniki proseduralarda yarana biləcək problemlərin qarşısını almaq üçün DUİ-də təmsil olunan partiyaların seçkilərdə KXCP-nin siyahısı iştirakı qərara alınıb.

Onun sözlərinə görə, Müsavat Partiyası ilə DUİ arasında imzalanan niyyət protokoluna əsasən isə 11 dairədə Müsavat Partiyasının üzvlərinə güzəştə gedilib. Həmçinin Milli Məclisdə “Müsavat deputat qrupu”na daxil olan deputatların namizədlikləri irəli sürdükləri dairələr üzrə də DUİ-nin namizədi olmayacaq, həmin şəxslərin namizədlikləri seçki günü dəstəklənəcək.

Qeyd edək ki, DUİ-də Klassik Xalq Cəbhəsi Partiyası, Böyük Azərbaycan Partiyası, Xalq Partiyası, Azadlıq Partiyası təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR