Bank Of Baku

Azərbaycanda «İslahat» seçki blokunun yaradılması ilə bağlı siyasi partiyalar arasında niyyət protokolu imzalanıb

Azərbaycanda «İslahat» seçki blokunun yaradılması ilə bağlı siyasi partiyalar arasında niyyət protokolu imzalanıb
# 08 sentyabr 2010 13:22 (UTC +04:00)
Bu barədə APA-ya «İslahat» seçki blokunda təmsil olunan Böyük Quruluş Partiyasının (BQP) Fazil Qəzənfəroğlu məlumat verib.

«İslahat» seçki blokunun yaradılmasına dair sənədə BQP, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ədalət Partiyası və Təkamül Partiyası imza atıb.

F. Qəzənfəroğlunun sözlərinə görə, protokolun imzalanmasından sonra iştirakçı partiyaların Ali məclislərinin iclasları keçirilib, sənəd təsdiqlənib. Protokol və digər sənədlər bu günün ikinci yarısında keçiriləcək ümumi iclasda təsdiqlənməsi ilə blok rəsmən elan olunacaq. Sentyabrın 9-da isə seçki blokunun yaradılması ilə bağlı müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına göndəriləcək.

Artıq seçki blokunun namizədlərinin də müəyyənləşdirildiyini qeyd edən BQP sədri namizədlərin siyahısının Ramazan bayramından sonra açıqlanacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR