Bank Of Baku

Azərbaycan Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Azərbaycan Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
# 08 sentyabr 2010 13:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

APA-nın məlumatına görə, MSK katibi Natiq Məmmədov səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası barədə danışıb.

N. Məmmədov seçicilər üçün 5 milyon ədəd bildirişin lazım olduğunu və bildirişlərin Milli Məclisin mətbəəsində hazırlanmasını təklif edib. Təklif səsvermə nəticəsində qəbul edilib.

Sonra bəzi DSK-ların tərkibində edilən dəyişikliklərə baxılıb, səsvermə nəticəsində qəbul olunub.

MSK sədri Məzahir Pənahov isə deyib ki, “Qarabağ”, “İnsan naminə” və “Demokratiya” seçki blokları sənədlərini artıq MSK-ya təqdim edib. Sabahdan isə ilk reklam çarxları, çağırış xarakterli elanlar yayımlanacaq. O bu işdə televiziya kanallarının imkanlarından daha çox istifadə ediləcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR