Bank Of Baku

Əli Kərimli: “Azərbaycan hökuməti kütləvi aksiyalar üçün yeni yerlər təklif edib”

Əli Kərimli: “Azərbaycan hökuməti kütləvi aksiyalar üçün yeni yerlər təklif edib”
# 08 sentyabr 2010 15:08 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan hökuməti müxalifətin kütləvi aksiyalar keçirməsi üçün yeni yerlər təklif edib. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib. Ə. Kərimlinin sözlərinə görə, həmin təkliflər hökumət nümayəndələri ilə ATƏT-in Bakı Ofisinin təmsilçilərinin görüşündə səsləndirilib: “Mən həmin yerlər barədə məlumat vermək istəmirəm. Ancaq onu deyə bilərəm ki, bunlar bizim təklif etdiyimiz mərkəzi yerlər deyil. Hesab edirəm ki, hökumət seçki kampaniyası dövründə daha konstruktiv mövqe tutub, kütləvi aksiyalar keçirmək üçün bizim təklif etdiyimiz meydanlarda yer verəcək”.

Ə. Kərimli onu da bildirib ki, AXCP və Müsavat Partiyası birlikdə kütləvi aksiyaların keçirilməsinə başlayacaq: “İlk aksiyanın vaxtı tezliklə bilinəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR