Bank Of Baku

Vurğun Əyyub Müsavat rəhbərliyinə parlament seçkilərinə qatılmaq imkanının olmadığını bildirib

Vurğun Əyyub Müsavat rəhbərliyinə parlament seçkilərinə qatılmaq imkanının olmadığını bildirib
# 08 sentyabr 2010 16:22 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Müsavat Partiyası Divanının üzvü Vurğun Əyyub partiya rəhbərliyinə müraciət edərək bu il keçiriləcək parlament seçkilərinə qatılmaq imkanının olmadığını bildirib. Bu barədə APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. A. Hacılı Vurğun Əyyubun işləmək üçün hazırda Türkiyənin Qars şəhərində olduğunu qeyd edib: “Vurğun Əyyubun seçkilərdə iştirak etməyəcəyi demək olar ki, dəqiqləşib”.

A. Hacılı seçkilərdə V. Əyyubun qatılacağı 30 saylı Suraxanı birinci seçki dairəsindən namizədliyinin irəli sürülməsi barədə isə konkret qərarın olmadığını bildirib: “Bu, sadəcə ehtimaldır”.

Qeyd edək ki, bu gün açıqlanmış “AXCP-Müsavat” seçki blokunun siyahısında 30 saylı Suraxanı birinci seçki dairəsindən vahid namizəd olaraq V. Əyyubun adı göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR