Bank Of Baku

Azərbaycan prezidenti “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması haqqında fərman imzalayıb

Azərbaycan prezidenti “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması haqqında fərman imzalayıb
# 08 sentyabr 2010 16:57 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fərmana əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 50% artırılaraq 150 (yüz əlli ) manat məbləğində müəyyən edilib. Şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə imzalanan fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb. Fərmanın digər bəndi ilə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanının 1-ci bəndində “100 (yüz)” sözü “150 (yüz əlli)” sözləri ilə əvəz edilib. Fərman sentyabrın 1-dən qüvvəyə minir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR